!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məclisin boş qalan yerlərinin TALEYİ: Parlamentə yenidən seçkilər keçiriləcək?

!Reklam – Yazi

Azərbaycanın ali qanunverici orqanı Milli Məclisdə bir neçə deputat yeri boşdur, bu da parlamentə təkrar seçkilərin keçirilməsi üçün əsas verə bilər.

Parlamentdə 4 deputat yeri (33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələri) 2020-ci ilin fevralın 9-da keçirilən parlament seçkilərinin nəticələrinə əsasən boş qalmışdı, sonradan isə:

1. Fəttah Heydərov vəfat etdi və təmsil etdiyi 116 saylı Qəbələ seçki dairəsi deputatsız qaldı,

2. Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı deputat mandatından imtina etdi.

Şahin Seyidzadədən öncə isə ölkə ictimaiyyətini silkələyən bir hadisə baş vermişdi, indi onun üzərinə gəlmək istəyirik.

55 saylı Xaçmaz seçki dairəsindən deputat seçilmiş Eldəniz Səlimov polisi döydüyünə görə həbs edilmişdi. Artıq onun haqqında məhkəmənin qüvvəyə minmiş qanuni hökmü var və cənab Səlimov hazırda dəmir barmaqlıqlar arasında məhbus həyatı yaşayır.

Qanuni qüvvəyə minmiş hökm avtomatik olaraq Eldəniz Səlimovu deputatı mandatından məhrum edir.

Bunun üçün Mərkəzi Seçki Komissiyasının toplanmasına ehtiyac yoxdur, elə bu səbəbdən də MSK Eldəniz Səlimova görə iclas keçirməyib.

Konstitusiyanın 89-cu maddəsinə əsasən, deputat cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda mandatından məhrum edilir (digər hallar da maddədə qeyd olunur).

Artıq Eldəniz Səlimovun adı Milli Məclisin saytından da yığışdırılıb. Beləliklə, parlamentdə 7 deputat yeri boşdur.

Milli Məclisə təkrar seçkilər Prezidentin müəyyən etdiyi vaxtda keçirilir, lakin hələ belə bir sərəncam yoxdur.

Ümumiyyətlə parlamentə təkrar seçki keçirilməyə də bilər və bu da qanunidir. Konstitusiyaya nəzər salaq:

Ana qanuna əsasən, Azərbaycan Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.

Hazırda isə parlamentin 118 deputatı var.

Amma təkrar seçkilərə ümidlər var. Artıq bir sıra ictimai-siyasi fiqur təkrar seçkiləri gözləyir və özlərinin deputat olması üçün çalışır. Hərçənd ki, hələ belə bir qərar yoxdur.

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv