!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Medalı azarkeşə Allah rizası üçün verdim" - Aqil Məmmədov

!Reklam – Yazi

Başa çatan mövsümü ikinci pillədə sonlandıran “Neftçi”nin qapıçısı Aqil Məmmədovun mükafatlandırma mərasimindən sonda medalını “ağ-qaralar”ın fiziki məhdudiyyətli azarkeşinə hədiyyə etməsi alqışla qarşılanıb.

Yenicag.az-a açıqlama verən təcrübəli qolkiper buna əlavə şərh vermək istəməyib. Allah rizası üçün belə addım atdığını bildirən Məmmədov, komandasının çıxışından da danışmaqdan imtina edib:

“Oynamamışam, ona görə də danışmaq istəmirəm. Meydana çıxsaydım, mən də bir şey danışardım. Azarkeşə isə medalı Allah rizası üçün verdim. Buna əlavə şərh verməyim düzgün çıxmaz. O ki qaldı, futbolçularla bağlı yayılan söz-söhbətə, bu barədə də danışmaq istəmirəm”.

Qeyd edək ki, Aqil Məmmədov gələcək karyerası ilə bağlı danışarkən, “Neftçi”də qalacağını bildirib. Futbolçunun klub ilə bir illik müqaviləsi var.

Emin Səfərov

www.yenicag.az

3389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv