Mədən çökdü – Ölənlər və xəsarət alanlar var

Çinin Qansu əyalətində mədənin çökməsi nəticəsində 10 nəfər vəfat edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, mədəndə hərəkət zamanı baş verən uçqunun altında qalan 17 nəfərdən 7-si isə sağ çıxarılıb və onlara yerində tibbi yardım göstərilib.

Qəzanın səbəbləri araşdırılır.