Mədən qəzası – Ölənlərin sayı 52 nəfərə çatdı – Direktor, müavini və rəis saxlanıldı

Dünən Moskva vaxtı ilə saat 04.30-da Kemerovo vilayətinin “Listvyajnaya” mədənində qəza baş verib.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.

Qəzadan sonra onlarla şaxtaçının taleyi naməlum olaraq qalır.

“Listvyajnaya” şaxtasında 6 xilasedicinin cəsədi tapılıb.

Regional hakimiyyət orqanlarının məlumatına görə, mədəndə 285 nəfər olub, onlardan 239-u səthə çıxarılıb. Ümumilikdə 49 şaxtaçı yaralanıb, 37 nəfər xəstəxanaya yerləşdirilib.

Faciəvi qəzadan sonra obyektin direktoru, onun birinci müavini və şaxta rəisi saxlanılıb.

Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.