Türkiyənin Gümüşhanə bölgəsində fəhlələr karbonmonoksit qazından zəhərlənib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saatlarında özəl şirkətə aid olan mədəndə baş verib. Karbonmonoksit qazından zəhərlənmiş Ramazan Bulut və Şükrü Aslan həyatını itirib, onlara kömək etmək üçün mədənə daxil olan digər 4 fəhlə isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlayıb.