Çində kömür mədənində partlayış olub.
Yenicag.az xəbər verir ki, hadisə Quyçjou vilayətində, Anlu rayonunda qeydə alınıb.
Partlayış zamanı azı 14 şaxtaçı həlak olub. Qeyd edilir ki, daha 2 nəfər yerin altında qalıb.
Hadisə zamanı şaxtada 23 nəfər olub. Onlardan 7-i xilas edilib.
Məlumata görə, partlayışa qaz sızması səbəb olub.
Hadisə yerinə yerli hakimiyyət orqanlarının, müxtəlif qurumların, həmçinin təcili xidmətlərin əməkdaşları gəlib. Qəzanın səbəbləri araşdırılır.