!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mədəniyyət İdarəsinin fəaliyyətində nöqsanlar aşkarlandı - Sumqayıtda

!Reklam – Yazi

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, Sumqayıt Regional İdarəsi (İdarə) üzrə 2017-2018-ci illərdə büdcə vəsaitlərinin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiqləyib.

Yenicag.az Palataya istinadən xəbər verir ki, audit 2017-2018-ci illər üzrə 20 254,4 min manat vəsaiti əhatə edib.

Hesabatda göstərilib ki, ölkə prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin bazasında Mədəniyyət Nazirliyinin yaradılması ilə əlaqədar Regional İdarənin Əsasnaməsində müvafiq dəyişiklik edilməyib, 2017-2018-ci illər üçün büdcə vəsaiti üzrə proqnoz tərtib edilərkən “Büdcə sistemi haqqında” qanunun və Nazirlər Kabinetinin 24 may 2004-cü il 24 may tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın bir sıra tələbləri gözlənilməyərək İdarənin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib.

Nazirlər Kabinetinin ştat saylarının müəyyən edilməsi ilə bağlı müvafiq qərarlarının tələblərinə əməl edilməyərək artıq ştat vahidləri saxlanılıb, mədəni maarif müəssisələrində işləyənlərin tarif dərəcələri düzgün müəyyənləşdirilməyərək artıq əmək haqqı ödənilib və artıq dərs saatları tarifləşdirilib.

Xərclərin icrası zamanı təyinat dəyişikliyinə yol verilib, avadanlıqların kirayəyə götürülməsi adı ilə müxtəlif firmalara vəsait ödənilib, müvafiq təsdiqedici sənədlər olmadan inventar və avadanlıqlara texniki xidmət üçün vəsait xərc edilib, alınmış elektron lövhələr istifadəsiz saxlanılıb, avtonəqliyyat vasitələrinə normadan artıq cari təmir işləri yerinə yetirilib, yerinə yetirilməyən cari təmir işlərinə görə vəsait ödənilib, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri müvafiq illik maliyyə hesabatlarında düzgün əks etdirilməyib.

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı bir sıra hallarda “Dövlət satınalmaları haqqında” qanunun və “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın tələblərinə əməl edilməyib, satınalma keçirilmədən vəsait xərc edilib, ehtimal olunan qiymətlər düzgün müəyyənləşdirilmədiyindən alınmış mallara görə artıq vəsait ödənilib, məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə nəzərdə tutulmuş vəsaitlər ayrı-ayrı müqavilələrə bölünüb.

Hesabatda qeyd edilmiş nöqsanlar dinlənilib, İdarə tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə satınalmanın ayrı-ayrı müqavilələrə bölünməsinə, malların ehtimal olunan qiymətinin mövcu

www.yenicag.az

1492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv