!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mədəniyyət naziri iki ölkənin səfirləri ilə görüşdü - FOTO

!Reklam – Yazi

Mədəniyyət naziri Əbülfəs Qarayev Argentina Respublikasının ölkəmizdəki səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb.

Yenicag.az xəbər verir ki, nazir ölkəmizdə keçirilən beynəlxalq musiqi festivalları və mədəni tədbirlərlə bağlı məlumatı səfirin diqqətinə çatdırıb. Bildirdi ki, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün bu festivallarda mütəmadi iştirak vacib məqamlardandır.

Azərbaycanda keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Caz Festivalı və digər musiqi tədbirlərində Argentinanın iştirakı xalqlarımız arasında mədəni mübadiləni və bir-birinin mədəniyyəti ilə yaxından tanışlığı təmin edə bilər. Nazir həmçinin televiziya proqramları vasitəsilə Azərbaycan və Argentina mədəniyyətini əks etdirən birgə verilişlərin əhəmiyyətli ola biləcəyini vurğulanıb.

Səfir Argentinada keçirilən tanqo festivalı və müxtəlif film festivalları haqqında danışıb. Qonaq ölkəmizi bu ilin oktyabr ayında Argentinada təşkil ediləcək tanqo festivalında iştiraka dəvət edib.

Görüş iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi istiqamətində davam edib.

Daha sonra Əbülfəs Qarayev Avstriya Respublikasının Azərbaycandakı səfiri Bernd Aleksandr Bayeri qəbul edib.

Qonağı səmimi salamlayan nazir bildirdi ki, eyni coğrafi mövqe və əhali sayına məxsus olan Azərbaycanla Avstriya arasında oxşar cəhətlər çoxdur.

Səmimi qəbula görə nazirə minnətdarlığını bildirən səfir, ölkələrimiz arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin mövcud olduğunu qeyd etdi və bu əlaqələrin daha da genişləndirməsi və inkişaf etdirilməsi istiqamətində aparılacaq işlərdən söhbət açıb. İki ölkənin musiqi, teatr və mədəniyyətin müxtəlif sahələrinin nümayəndələri qarşılıqlı səfərlər edərək təcrübə mübadiləsi apara bilərlər.

Azərbaycana sevgisini ifadə edən Bernd Aleksandr Bayer bildirdi ki, ölkəmizin tarixi onu hər zaman maraqlandırıb. Azərbaycanın qədim tarixindən məlumatlı olduğunu vurğulayan səfir ölkəmizin zəngin mədəniyyətə məxsusluğunu qeyd edib.

Nazir söhbət zamanı iki ölkənin musiqi məktəbləri arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. Bildirdi ki, məktəblər arasında şagird mübadiləsi hər iki ölkənin gənc nəsli üçün müsbət nəticələr və ölkələrimizin mədəniyyətinin təbliğinə böyük töhfələr vermiş olar:

“Muzey, teatr, konsert müəssisələri, mədəni irs nümunələrimiz vasitəsilə biz iki ölkə arasında qarşılıqlı əlaqələri daha da gücləndirə və birgə layihələr həyata keçirə bilərik”.

Əbülfəs Qarayev həmçinin diqqətə çatdırdı ki, Avstriya ilə Azərbaycan arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində bu günə kimi bir sıra mühüm layihələr həyata keçirilib. Bu layihələr iki ölkənin dostluğuna və mədəniyyətlərin dialoquna xidmət edir.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Görüşlər zamanı hər iki səfir UNESKO-nun Ümumdünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçirilən 43-cü sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökumətinə minnətdarlıqlarını bildirdilər. Diqqətə çatdırıldı ki, həm Avstriya, həm də Argentinanın komitənin sessiyalarında iştirak etmiş nümayəndə heyətləri tədbirin təşkilatçılıq məsələlərindən öz razılıqlarını ifadə ediblər.

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv