!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mədəniyyət nazirinin müavini İtaliyada tədqiqat səfərinə yollanıb

!Reklam – Yazi

Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 12-14-də İtaliyanın Pyemonte regionunda “Inteqrasiyalı idarəetmənin planlaşdırılması” mövzusunda Tvinning layihəsində tərəfdaş olmuş İtaliyanın Mədəni İrs və Fəaliyyətlər Nazirliyi ilə birgə hazırlanmış tədqiqat səfərində iştirak edir.

Yenicag.az xəbər verir ki, səfərin əsas məqsədi “İnteqrasiyalı idarəetmə planı”nın icrası və ölkədə daha geniş miqyasda tətbiqinin yaxından araşdırılmasıdır.

Qeyd olunan proqram çərçivəsində nümayəndə heyəti “İtaliyada mədəni irsin təşkili və idarə olunması: Milli səviyyədən yerli səviyyəyə qədər” mövzusunda İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin nümayəndələri ilə Turində görüş keçirib və İtaliyanın dövlət mədəniyyət müəssisələrinin fəaliyyətləri, onların planlaşdırılması və həyata keçirilməsi ilə tanış olublar.

Səfər çərçivəsində həmçinin regionun Asti və Alba əyalətlərinə də səfər həyata keçirilib və səfər çərçivəsində nümayəndə heyəti “Asti Əyalətinin Tarixi Kəndləri” – tarixi mərkəzi ictimai yerlərin müasirləşdirilməsi layihəsi, eləcə də Qoriya Fondu və Asti Muzey Fondu, YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Lanqe Roero və Monferrato əraziləri ilə tanış olublar.

Qeyd edək ki, 2016-2018-ci illərdə həyata keçirilən “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinə əsasən, İsmayıllı regional Mədəniyyət İdarəsi pilot region müəyyən edilmiş və İtaliya təcrübəsi nəzərə alınaraq “İnteqrasiyalı idarəetmə planı” hazırlanıb./Report/

www.yenicag.az

1420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv