!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mədəniyyət nazirinin müavini YUNESKO Komitəsinin sessiyasında iştirak edir

!Reklam – Yazi

Fransanın paytaxtı Paris şəhərində YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, sessiyada mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya 20 oktyabr 2005-ci il tarixində qəbul olunub. Sözügedən konvensiyanın qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət rəsmi olaraq incəsənət nümayəndələri və mədəniyyət sahəsi üzrə mütəxəssislər tərəfindən formalaşdırılan müasir mədəni özünüifadənin ikili xarakterini, yəni mədəni və iqtisadi dəyərini tanımış olub.

Mədəniyyət məhsulları və xidmətlərinin yaradılması, istehsalı, paylanması və onların əldə edilməsini dəstəkləyən siyasət və tədbirlərin formalaşdırılması və həyata keçirilməsini əks etdirən konvensiya yaradıcı iqtisadiyyatın mərkəzində dayanır. Azərbaycan Respublikası 2010-cu ildən konvensiyaya üzvdür.

2018-ci ilin 11-14 dekabr tarixində “Createl 2030” adı altında keçirilən sessiya çərçivəsində yaradıcılığın Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinə töhfəsi, o cümlədən süni intellektin yaradıcılığa təsiri, bədii azadlığa təhdidlər, qadın sahibkarların mədəniyyət sənayelərində rolu və digər əlaqədar mövzularla bağlı fikir mübadiləsi nəzərdə tutulub.

www.yenicag.az

2077
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv