Xəbər verdiyimiz kimi, dünən mərhum şair, tərcüməçi, əməkdar incəsənət xadimi Tofiq Bayramın bacısı Azərbaycan Jurnalistlər Birliyinin üzvü, politoloq Svetlana Bayramova saytımıza açıqlama verərək narazılığını ifadə edib. O, dekabrın 16-da mərhum qardaşının 85 illik yubileyi olacağını, lakin aidiyyatı qurumlar – AYB və Mədəniyyət Nazirliyinin buna laqeyd münasibət sərgilədiklərini bildirib.
AYB-nin katibi Fikrət Qoca Yenicag.az-a açıqlamasında məsələyə münasibət bildirib:
“Tofiq Bayram gözəl şairdir, Allah rəhmət eləsin. Amma AYB-nin öz qaydaları var. Kiminsə yubileyinin keçirilməsi üçün ailə üzvləri bizə müraciət edib, təşəbbüs irəli sürməlidir. Biz də həmin şəxsin xidmətlərini nəzərdən keçirməliyik. Svetlana xanım müraciət etsin, lazım gələrsə, öz gücümüzə də olsa, Tofiq Bayramın yubileyini qeyd edərik”.
Mədəniyyət Nazirliyinin İnformasiya və ctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov saytımıza açıqlamasında məsələnin diqqətdə saxlanılacağını bildirib:
“Yazıçılar Birliyi və Tofiq Bayramın ailəsi bizə müraciət etsə, məsələyə baxılacaq”.
Cəvahir