Mədəniyyət Nazirliyində daha bir TƏYİNAT – FOTO

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə müdir təyin olunub.

Yenicag.az xəbər verir ki, Aynur Nurəddin qızı Kərimova sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, A.Kərimova müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinin müdiri, “Barama Media”nın icraçı direktoru kimi fəaliyyət göstərib.
2022-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni magistr proqramlarının yaradılması və kurrikulum dizaynı ilə bağlı işçi qrupda fəaliyyət göstərir.