Mədəniyyət Nazirliyində narazı müəllimlərin apellyasiya şikayətlərinə baxılıb.
Bu barədə Yenicag.az-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin 21 aprel 2022-ci il tarixində elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı Cəfərli Tural Bəhrəm oğlunun, Qurbanov Rəhman Habil oğlunun və Cəfərov Babək İlqar oğlunun apellyasiya şikayətlərinə baxılıb.
İclas zamanı Cəfərov Babək İlqar oğlunun müsahibə ilə bağlı fikirləri dinlənilmiş, Dövlət İmtahan Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli PMŞ/3-2-2022-2908 nömrəli və 1 noyabr 2022-ci il tarixli PMŞ/3-2-2022-3122 nömrəli məktubu ilə təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunub. Tural Cəfərli və Rəhman Qurbanov Şuranın iclasında iştirak etmədiyindən onunla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Şura üzvləri tərəfindən onun iştirakı olmadan müzakirə edilib. Sonda Apellyasıya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair Qərarlar qəbul edilib.
Tural Cəfərli, Rəhman Qurbanov və Babək Cəfərovun şikayətləri ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılıb.