!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mədəniyyət və Turizm Nazirliyi tender elan edir

!Reklam – Yazi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi AÇIQ TENDER ELAN EDİR:
Tender 11 lot üzrə keçirilir:

Lot-1. Muğam Beynəlxalq Festivalının təşkilinin satınalınması.
Lot-2. Üzeyir Hacıbəyli Beynəlxalq Festivalının təşkilinin satınalınması.
Lot-3. Caz Beynəlxalq Festivalının təşkilinin satınalınması.
Lot-4. Görkəmli incəsənət xadimlərinin yubiley tədbirlərinin təşkilinin satınalınması.
Lot-5. M.Rostropoviç Beynəlxalq Festivalının təşkilinin satınalınması.
Lot-6. Novruz bayramının təşkilinin satınalınması.
Lot-7. İşıq, səs və texniki avadanlıqların icarəsinin satınalınması.
Lot-8. İnformasiya daşıyıcı tumbalara xidmət işlərinin satınalınması.
Lot-9. Səhnə geyimi və pərdələrin hazırlanmasının satınalınması.
Lot-10. Mədəniyyət günlərinin və tədbirlərinin təşkilinin satınalınması.
Lot-11. İnformasiya daşıyıcısı məhsullarının hazırlanmasının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

Telefon: (99412) 4930204
Ünvan: Azərbaycan Respublikaşı, Bakı şəhəri,

AZ 1000, Hökumət evl, III mərtəbə
VÖEN: 1700015381
H/h: AZ 78 CTRE 00000000000002178501
Bank rekvizitləri:
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
VÖEN: 1401555071
SWİFT: CTREAZ22
M/h: AZ 41 NABZ 01360100000000003944
Kod:210005

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– tenderdə iştirak etmək üçün yazılı müraciət;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
– son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– müvafıq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifı və bank zəmanəti istisna olmaqla) 13 fevral 2017-ci il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 20 fevral 2017-ci il saat 17.00-a qədər təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 21 fevral 2017-ci il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.

Yenicag.Az

www.yenicag.az

708
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv