Mədət Quliyev MTN-də yüksək vəzifəyə gətirildi – Sərəncam

338ca213eebee25b32967a5d73c977c9Azərbaycan Prezidenti İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

`Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilsin`.

Qeyd edək ki, Mədət Quliyev həm də milli təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edəcək(Azvision).