Reklam: High Technic
hightechnic

Mədət Quliyev xanımı Zəhra Quliyeva ilə səsvermədə - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant, Azərbaycanın milli qəhrəmanı Mədət Quliyev Prezident seçkilərində səs verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, M.Quliyev həyat yoldaşı ilə birlikdə 36 saylı dairənin 3 saylı məntəqəsində səsvermə hüquqlarından istifadə edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev yalnız ölkədən kənarda Azərbaycana qarşı siyasət aparanların olduğunu deyib:

“Bunun da qarşısı ölkə rəhbərliyi tərəfindən alınır. Hazırda heç bir təhlükə yoxdur. Hamı rahat şəkildə səsvermədə iştirak edə bilir. Seçki aktiv gedir. İnsanlar gəlib öz siyasi iradəsini bildirirlər. Biz xoşbəxt adamlarıq. Azərbaycan dünyada tanınır. Prezident İlham Əliyev aprelin 9-da öz fikirlərini və gələcək proqramını söylədi. Bilirsiniz ki, verilən vədlərin hamısı yerinə yetirilir”.

Qeyd edək ki, hazırda ölkədə Prezident seçkiləri keçirilir.

www.yenicag.az

2277