Mədət Quliyev şöbə rəisini işdən çıxardı

117933_res_01Milli Təhlükəsizlik nazirinin 1-ci müavini, nazir səlahiyyətərini icra edən Mədət Quliyevin əmri ilə nazirliyin daha bir şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircan oğlu Əmircanov vəzifəsindən kənarlaşdırılıb.

Xəbəri “Qafqazinfo” yayıb.

Bəzi KİV-lərin yazdığına görə, R.Əmircanov MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, artıq həbs olunmuş general-mayor Akif Çovdarovun kürəkənidir.

Yenə həmin yazılanlara görə, Rəşad Əmircanov əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəisi təyin edildikdən sonra MTN-ə şöbə rəisi gətirilib.

Yenicag.az