Bu gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) 9 noyabr Dövlət Bayrağı Günü münasibəti ilə “Bayrağımız qürur mənbəyimizdir!” devizi altında veloyürüş təşkil edib.
Yenicag.az xəbər verir ki, sözügedən qurumun təşkilatçılığı, Heydər Əliyev Mərkəzi və Velosiped Federasiyasının dəstəyi ilə keçirilən veloyürüş DTX-nin inzibati binası qarşısından başlayıb, Heydər Əliyev Sarayının qarşısında Heydər Əliyevin abidəsi önündə başa çatıb.
Ümumi marşrutu 12 km olan və DTX sədri Mədət Quliyevin də iştirak etdiyi veloyürüşə 300-dək velosipedçi qatılıb.
Aksiya iştirakçıları Heydər Əliyev abidəsi önünə əklil qoyublar.