Mədət Quliyevə gözəl jest

610x380xmedetquliyev.JPG.pagespeed.ic.DPZCpPH82cƏdliyyə Nazirliyi Penitensiar xidmətinin kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Milli Təhlükəsizlik orqanlarında yüksək vəzifəyə təyin edilən Mədət Quliyevə gözəl jest edərək təbrik ediblər.

Cənab general-leytenant !

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin kollektivi Sizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Milli Təhlükəsizlik orqanlarında yüksək vəzifəyə təyin edilməyiniz münasibətilə böyük qürur və fəxarətlə səmimi qəlbdən təbrik edir.

Ümummilli Liderimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlətimizin ən vacib sütunlarından biri olan Milli Təhlükəsizlik Nazirliyinin sükanını Sizə etibar etməsi həyatınızın böyük bir hissəsini sərf etdiyiniz cinayətkarlıqla mübarizədə gücünüzü və sağlamlığınızı əsirgəmədən yüksək nailiyyətlər əldə etməyinizə, qanunun keşiyində hər zaman sayıq durmağınıza, xalqımızın Milli Qəhrəmanı olaraq millətimizin və müstəqil dövlətimizin mənafeyini bütün maraqlardan üstün tutmağınıza, xüsusi ilə son illər Sizin əzmlə çalışdığınız Ədliyyə orqanlarına və onun rəhbərliyinə göstərilən yüksək etimaddır.

Hörmətli Mədət müəllim !

Bir daha Sizi və hazırda Rəhbəri olduğunuz kollektivi təyinatınız münasibəti ilə təbrik edir və inanırıq ki, ədliyyə orqanlarındakı gərgin əməyiniz, prinsipial mövqeyiniz, çevik və cəsarətli addımlarınız sayəsində əldə etdiyiniz nailiyyətlər ölkənin daxili sabitliyinin qorunması və təhlükəsizliyinin təmin olunması sahəsində də öz töhfəsini verəcəkdir.

Dərin hörmət və ehtiramla, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin kollektivi.(Ölkə.az)