!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Media Agentliyinə yeni təyinatlar - Tanınmış jurnalistlər bu quruma transfer olundu

!Reklam – Yazi

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) yeni təyinatlar olub.

Yenicag.az xəbər verir ki, Səidə Şəfiyeva Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri (mətbuat katibi), Rüstəm Əbülfətoğlu isə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru təyin olunublar.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin məzunu olan Səidə Şəfiyeva daha əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya proqramları baş studiyasında müxbir, aparıcı və baş redaktor vəzifələrində çalışıb. Rüstəm Əbülfətoğlu isə bundan öncə müxtəlif illərdə ANS, “Speys” və “Azad Azərbaycan” telekanallarında müxbir, teleaparıcı və baş redaktor vəzifələrində çalışıb. Bir müddət mətbuat sahəsindən uzaqlaşan jurnalist son təyinata qədər özəl şirkətdə çalışıb.

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv