Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli fərmanında dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Hazırda Medianın İnkişafı Agentliyinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
Fərmanla həmin üzvlərin sayı 4-ə endirilir.