MEDİA-da Özbəkistan nümayəndələri ilə görüş keçirildi

İyulun 25-də “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası ilə əlaqədar mediatur çərçivəsində Medianın İnkişafı Agentliyində sözügedən ölkənin Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin rəsmiləri və bir sıra media subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Medianın İnkişafı Agentliyindən Yenicag.az-a bildirilib ki, görüşdə icraçı direktorun müavini Natiq Məmmədli qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının, dezinformasiyaya qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayaraq, 2-ci Şuşa Qlobal Media Forumunda sözügedən məsələ barədə aparılan müzakirələrin nəticələri ilə bağlı qonaqlara məlumat verib.

Özbəkistandan olan nümayəndə heyəti isə media sahəsində qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri, uzunmüddətli səmərəli tərəfdaşlıq və kommunikasiyanın qurulması, mövcud əlaqələrin davamlı inkişafının vacibliyini diqqətə çatdırıb.

COP29