MEDİA-dan Anım Gününə dair VİDEOÇARX

Bu gün – 27 sentyabr Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Medianın İnkişafı Agentliyi bu şərəfli və müqəddəs gün münasibətilə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq videoçarx hazırlayıb.