!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Media manipulyasiya və informasiya müharibəsi

!Reklam – Yazi

12290490_1150728071621920_226930563_oNoyabr ayının 21-də “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun “Müasir dövrdə
media manipulyasiya və informasiya müharibəsi” mövzusunda MQF Bakı QHT Resurs və
Təlim Mərkəzində növbəti dəyirmi masası keçirilib. Mövzu ilə bağlı Bakı Slavyan
Universitetinin jurnalistika fakültəsinin dosenti fəlsəfə doktoru Mübariz Əhmədov və “Oğuz”
MAQ rəhbəri, BDU beynəlxalq jurnalistika kafedrasının dosenti fəlsəfə doktoru Vüqar
Zifəroğlu çıxış ediblər.

Hər iki məruzəçi çıxışlarında media manipulyasiya və müasir dövrdə aparılan
informasiya müharibəsinin modelləri barədə məlumat verməklə yanaşı, ölkəmizə qarşı
aparılan informasiya savaşı barədə ətraflı danışıblar.

Mübariz Əhmədov çıxışında əsasən ermənilərin ölkəmizə informasioya müharibəsi
barədə məlumat verib. O, bilidirib ki, informasiya savaşında ermənilər kilsə və lobbi
faktorlarından geniş şəkildə istifadə etməkdədirlər. Onun fikrincə, biz də informasiya
savaşında diaspor təşkilatlarından daha səmərəli formada istifadə etməliyik və tyalnız media
ilə işimizi məhdudlaşdırmamalıyıq.

Daha sonra çıxış edən Vüqar Zifəroğlu ölkəmizə qarşı aparılan informasiya
müharibəsinin baçşlıca parametrləri və istiqamətləri mövzusunda çıxış edib. O, bilidirb ki, bu
gün ölkəmizə qarşı Ermənistan tərəfindən informasiya savaşı ilə paralel olaraq mediamız,
eyni zamanda Qərb, Rusiya və İran mediasının manipulyativ basqılarına da məruz
qalmaqdadır. Sosial media isə bu manipulyasiyalar üçün geniş imkanlar açır və keçən ilin
avqust hadisələri bunun əyani sübutudur. İnformasiya münasibətlərinin və proseslərinin
durmadan inkişafı informasiya sahəsində yeni münasibətlər sisteminin – informasiya
təhlükəsizliyinin təminatı sisteminin, informasiya hüququnun yaranmasını tələb edir.
Azərbaycanda bununla əlaqədar olaraq bir sıra qanunvericilik aktları və digər hüquqi sənədlər
qəbul edilib. Lakin media mənsubları, jurnalistlər də informasiya ilə iş prosesində xüsusilə
diqqətli olmalı, xarici faktorları nəzərə almalıdırlar.

Sonda tədbir iştirakçılarına təşəkkür edən V. Zifəroğlu dekabrda daha bir dəyirmi
masa təşkil edəcəklərini bildirdi.

 

www.yenicag.az

956
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv