!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Media Reyestrinin önəmi: "İki nəfərlə sayt idarə etmək dövrü bitdi"

!Reklam – Yazi

“Media Reyestri barədə müzakirələr hələ “Media haqqında” qanun layihəsi hazırlananda açılmışdı və qanunun qəbulundan sonra eyni mövzuda səsləndirilən təkrar fikirlər taftalogiyadan başqa bir şey deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

JEM sədri bildirib ki, Medianın İnkişafı Agentliyinin verdiyi qərarlar birmənalı şəkildə yeni qanunun tələblərindən irəli gəlir, xüsusən mətbuat orqanlarının Media Reyestrinə daxil olmaqla bağlı tələblərdə heç bir məntiqsizlik, qanunsuzluq yoxdur:

“Media Reystri yeni tətbiq olsa da, tezliklə sistemləşə bildi. Onlarla sayt reystrə üzv oldu. Prosesin çətin olduğunu söyləmək insafsızlıq olardı. Reyestrin üstünlükləri barədə dəfələrlə vurğulanıb. Əsas olan saytların hüquqi müəyyənliyini formalaşdırmaqdır. Kimsənin yazısına və pozusuna müdaxilə yoxdur. Reyestrə üzv olmağın tələbləri də təcrübədə tətbiq etməyənə qədər çətin görünə bilərdi, realda isə adidir. Əleyhinə düşünənlər yanılırlar. Bir incə və əsas məqam odur ki, bir, iki nəfərlə sayt idarə etmək dövrü bitdi. O sayda kollektiv bloka yaraşır. Komandası və ilkin maliyyəsi olmayanların sayt bazarında var-gəl etməsi vaxt itkisi, əsəb qazancıdır. Məsuliyyət, peşəkarlıq, komanda və maliyyə. Media Reyestri bu tələblər cavab verənlər üçün rahatlanmaq məkanıdır”.

Ceyhun Musaoğlu onu da vurğulayıb ki, məsuliyyətə, peşəkarlığa, komandaya malik olmayanlar, təbii ki, reyestrə daxil olmaqda çətinlik çəkirlər və fəaliyyətlərini standartlara uyğun qurmağı bacarmadıqları üçün yeganə çıxış yolu kimi ittihamlara əl atırlar. Bununla yanaşı, həmin ittihamlarda onların savadsızlıqları, jurnalistikadan qəti anlayışları olmadıqları üzə çıxır.

“Yazırlar ki, Əhməd İsmayılov Dövlət Dəniz Administrasiyasında aparat rəhbəri vəzifəsini daşıyarkən çoxsaylı maxinasiyalara yol verilib və Dövlət Dəniz Administrasiyasının sabiq rəisi Şahin Sultanov həbs edilib. Bir sayt ki, Şahin Sultanovun Hərbi Deniz Qüvvələrinin admirali olduğunu bilmir, bir qurumla digər qurumu qarışdırır, bununla da şəxsin işgüzar nüfuzuna zərbə vurur, böhtan atır, yalan danışır, belə bir “media orqanı”nın reyestrə düşməsi fəlakət olardı”, – deyən Ceyhun Musaoğlu bu kimi faktların Media Reyestrinin aktuallığını, vacibliyini bir daha təsdiqlədiyini vurğulayıb.

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv