MEDİA saytlara dəstək layihəsi ilə bağlı müsabiqənin nəticələrini AÇIQLADI

Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlandı.

Bu barədə Yenicag.az-a MEDİA-dan məlumat verilib.

Belə ki, ictimai siyasi məzmunlu 33, idman məzmunlu isə 6 onlayn media subyekti (veb-sayt) müsabiqənin qalibi elan olunub.