!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Media Tədris Mərkəzi ilə “Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək” İB arasında əməkdaşlıq memorandumu imzalanıb

Media Tədris Mərkəzi ilə Gənclərin Təşəbbüsünə və İnkişafina dəstək İB arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum ictimai birliklər və media qurumları arasında birgə layihə və proqramların həyata keçirilməsini, iş təcrübəsinin öyrənilməsi, gənclərdə media sahəsinə marağı artırmaq, peşəkar media mütəxəssisi yetişdirmək və onların gələcəkdı işlə təminatına dəstək məqsədi daşıyır.

Media Tədris Mərkəzindən bildiriblər ki, imzalanan sənədə, əsasən KİV sahəsinə (jurnalist, aparıcı, rejissor, prodüser, operator və sair) marağı olan gənclərə medianın məhşur simalaları təlimlər keçəcək, Gənclərin Təşəbbüsünə və İnkişafina dəstək İctimai Birliyi xarici ölkələrdən gələnə media mənsublarlı ilə görüşlər, konfrans və seminarların keşirilməsinə dəstək göstərəcək.

Media Tədris Mərkəzinin rəhbəri Elnarə Dərziyeva və Gənclərin Təşəbbüsünə və İnkişafina dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili mətbuata açıqlamasında bildiriblər ki, memoranduma əsasən hər iki təşkilatmn iştirakı ilə mütəmadi olaraq simpoziumların, təlimlərin və fəaliyyət istiqamətinə uyğun olaraq digər tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Qurum rəhbərləri ikitərəfli əməkdaşlığın media sahəsində çalışmaq istəyən gənclərin təcrübəli mütəxəssis kimi yetişməsində və ümumilikdə, imzalanan sənədin medianın inkişafına böyük təkan olacağını vurğulayıblar.

 

www.yenicag.az

190
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100