!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mediada Azərbaycan dilinin vəziyyəti - FOTO

!Reklam – Yazi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Kütləvi İnformasiya Vasitələrində Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı sahəsində təşəbbüslərə dəstək” layihəsi çərçivəsində tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, “KİV Ədəbi dil qaydalarına necə əməl edir?” adlı tədbirdə müasir Azərbaycan dilinin problemlərindən, mediada Azərbaycan dilinin istifadəsi, yol verilən yanlışlardan və bütün bu problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyətlər toplusundan danışılıb.

Tədbirdə açılış nitqilə çıxış edən “Azadinform” İnformasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev hazırda mediada Azərbaycan dilinin istifadəsi zamanı yol verilən bir sıra nöqsanların var olduğunu diqqətə çatdıraraq, bu problemlərin aradan qaldırılmasının dilin istifadəsi və inkişafı üçün çox labüd olduğunu qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu, Mətbuat Şurası sədrinin birinci müavini Müşviq Ələsgərli, Filologiya üzrə elmlər doktoru Sərdar Zeynal, AMEA üzvü, Filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva, filologiya üzrə fəlsəfə doktoru İdris Abbasov Azərbaycan dilinin problemlərinə toxunaraq təmsil etdikləri qurumların mövcud problemlərin aradan qaldırılması istiqamətində səylərini davam etdirdiklərini diqqətə çatdırıblar.

 

 

 

www.yenicag.az

1121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv