“Mediada Beynəlxalq Jurnalistika” mövzusunda təlim keçirildi

Jurnalistlərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə oktaybrın 6-da “ Mediada Beynəlxalq Jurnalistika” mövzusunda təlim keçirilib.

Təlimdə jurnalistikaya marağı olan, bu sahədə ilk addımlarını atan gənclər, media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Jurnalistlərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin sədri Gülnarə Nemətova, müasir informasiya əsrində “Mediada Beynəlxalq Jurnalistika” mövzusunun əhəmiyyətindən və aktuallığından danışıb. Daha sonra söz Azərbaycan radiosunun Xüsusi Layihələr Redaksiyasının baş redaktoru Dilşad Mirzəyevaya (Tahirqızı) verilib.

O, Azərbaycanda beynəlxalq jurnalistikanın problemlərindən danışıb, iştirakçılara jurnalistikanın peşə sirlərinə yiyələnmək yollarını açıqlayıb, yeni yaradıcılıq texnologiyalarından, onun əlverişli forma və metodlardan istifadə edilməsi imkanlarından bəhs edib. Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində fəaliyyət göstərən Beynəlxalq Radionun fəaliyyətindən, aparıcısı olduğu “Durna teli” proqramından danışıb.

Məlumat üçün qeyd edək ki, Beynəlxalq Radio ilə “Türkiyənin səsi” radiosu “Durna teli” adlı proqramla birgə yayım həyata keçirir.

Təlim maraqlı müzakirəklərlə ilə yadda qalıb. Sonda təlim iştirakçılarına sertifikat təqdim edilib.

COP29