Mediaktiv.az saytı fəaliyyətə başladı

 img_3748Bugün Naxçıvan şəhərində yeni bir medya qurumunun təqdimat mərasimi keçirildi. Saytın Baş redaktoru Elvin Budaqov çıxış edərək tədbir iştirakçılarını salamladı. Saytın bütün əməkdaşlarını səhnəyə dəvət edən Baş redaktor saytın yaradılmasındakı əsas məqsədlərindən, saytın vəzifələrindən və xidmət sahələrindən söhbət açdı. Saytın əməkdaşları, o cümlədən AMEA-nın Naxçıvan bölməsinin və Şərq Qapısı qəzetinin əməkdaşı – Elnur Kəlbizadə, saytın regiondakı fəaliyyət prinsipindən, proqramçı – İsmayıl Əliyev isə saytın texniki tərəflərindən bəhs etdi.

Tədbirdə Muxtar Respublikanın idarə və təşkilatlarının nümayəndələri də öz yerini aldı. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının əməkdaşı – Fuad Mirzəyev, Lider TV Naxçıvan bölgə müxbiri, Naxçıvan MR-nın Əməkdar artisti – Səməd Canbaxşiyev, şair, tədqiqatçı-publisist, AMEA-nın Naxçıvan Bölməsinin Dil-ədəbiyyat və İncəsənət İnstitunun şöbə müdiri – Elxan Yurdoğlu çıxış edərək, mediaktiv.az saytına və onun əməkdaşlarına uğurlar arzuladılar.

Təqdimat mərasimi Naxçıvan Televiziyası, Naxçıvanın səsi radiosu tərəfindən işıqlandırıldı. Tədbir Baş redaktorun çıxışı ilə yekunlaşdı.

Təqdimat mərasimindən sonra Baş redaktor Elvin Budaqov və digər sayt əməkdaşları adıçəkilən medya qurumlarına müsahibələr verdilər.

Dövlətimizin gənclərə göstərdiyi qayğı, diqqət burada da hiss olunurdu. Saytın bütün heyyəti gənclərdən təşkil olunmuşdu. Artıq Azərbaycan gənci, yaradıcı fikrlərinin sadəcə fikir olaraq qalacağını düşünmür, onun fikirlərini gerçəkləşdirən dövlətinin dəstəyini daim hiss edir. Bu onu daha da qüvvətləndirir. Məhz elə mediaktiv.az internet saytındakı gənclər də bu layihənin gerçəkləşməsində öz müstəqil dövlətinin himayəsində idi.

Muxtar Respublikada medya sahəsi günü-gündən genişlənir, inkişaf edir. İnformasiyanın operativ ötürülüməsi və qəbulu üçün internet saytlara çox iş düşür. Muxtar Respublikanın Turizm potensialının təbliğatı, milli-mənəvi irsin qorunması, Azərbaycançılıq, dövlətçilik idaeyalarının tərənnümü, vətənpərvərlik hisslərinin aşılanması saytın əsas vəzifələrindəndir. Medyaktiv.az saytı da bu sahəyə opertivliyi ilə öz tövhəsini verəcəkdir.