!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Medianın 2021-ci ildə İTKİLƏRİ: Beynəlxalq hesabata Məhərrəm İbrahimov və Sirac Abışovun da adları daxil edilib - STATİSTİKA

!Reklam – Yazi

2021-ci ildə peşə fəaliyyətini yerinə yetirərkən həlak olan və mövqeyinə görə həbs edilən jurnalistlərin dünya üzrə statistikası açıqlanıb.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri və Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) Azərbaycan üzrə təmsilçisi Müşfiq Ələsgərlinin Yenicag.az-a verdiyi məlumata əsasən, IFJ və Avropa Jurnalistlər Federasiyası (EFJ) 2021-ci ildə həlak olan və həbs edilən jurnalistlərlə bağlı hesabatı təqdim edib.

Hesabata əsasən, 2021-ci ildə dünyada 45 jurnalist peşə fəaliyyətini yerinə yetirərkən həyatını itirib. Bu faktlardan 6-sı Avropa qitəsində yerləşən dövlətlərdə qeydə alınıb.

IFJ və EFJ-nin 2021-ci il üzrə açıqladıqları hesabatlara  azərbaycanlı jurnalistlər – 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni terrorçularının basdırdığı tank əleyhinə minaya düşərək şəhid olan Məhərrəm İbrahimov və Sirac Abışovun da adları daxil edilib.

Digər beynəlxalq media təşkilatlarından fərqli olaraq, IFJ və EFJ şəhid jurnalistlər barəsində detallı informasiya verərək, məlum faciəni Ermənistanın uzun müddət işğalda saxladığı ərazilərin mina xəritələrini Azərbaycana təhvil verməməsi ilə əlaqələndiriblər.

2021-ci ilə dair hesabatda dünya üzrə həbsdə olan jurnalistlərin məsələsinə də toxunulub. Qeyd edilib ki, ötən il dünyada 365 jurnalist həbs olunub. Jurnalistlərin həbsi ilə əlaqədar faktların 95-i Avropa ölkələrində qeydə alınıb.

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv