Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Medianın İnkişafı Agentliyində “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirildi - FOTO

Sentyabrın 6-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.

Yenicag.az xəbər verir ki, müzakirələrdə Medianın İnkişafı Agentliyinin rəhbərliyi və əməkdaşları, Parlament Jurnalistlər Birliyinin üzvləri iştirak edirdilər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun fəaliyyət istiqamətləri və nizamnamədən irəli gələn vəzifələrin icrası üçün həyata keçirilən tədbirlər barədə məlumat verdi. “Media haqqında” qanun layihəsi haqqında danışan İcraçı direktor bununla bağlı müzakirələrin aparılmasının əhəmiyyətindən söz açdı. O, təcrübəli jurnalistlərin fikirlərinin ümumi işin xeyrinə ola biləcəyini vurğuladı.

Sonra Medianın İnkişafı Agentliyinin Hüquq departamentinin direktoru Rəqsanə Kərimova qanun layihəsinin təqdimatını etdi. Departament direktoru tədbir iştirakçılarını media subyektləri (audiovizual, çap və onlayn media subyektləri, informasiya agentlikləri), mediada yayımlanan informasiyalara dair tələblər, media subyektinin informasiyasından istifadə, media reyestri və qanun layihəsinin digər müddəaları barədə ətraflı məlumatlandırdı.

Tədbir qanun layihəsinin diskussiya şəraitində aparılan müzakirəsi və fikir mübadiləsi ilə davam etdi, iştirakçıları maraqlandıran bir sıra suallar cavablandırıldı.

www.yenicag.az

250
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100