!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Medianın iqtisadi müstəqilliyi fonunda REKLAM BAZARI: Mövcud reallıq və perspektiv - ŞƏRH

!Reklam – Yazi

“Beynəlxalq praktikaya görə qurumun gəlirinin ən azı 75 faizini reklam gəlirləri təşkil etməlidir”. 

Bu fikirləri müstəqil media anlayışının formalaşdırılması və Azərbaycanda söz, ifadə azadlığının təmin edilməsi istiqamətində görülən işlər barədə danışarkən Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının (JuHi) sədri Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında səsləndirib.

Müşfiq Ələsgərli mediaya söz azadlığı prizmasından yanaşmaq üçün bir neçə komponentin olduğunu vurğulayıb:

“Bir ölkədə media – söz azadlığının yerində olması üçün 4 komponent əsas götürülür.

Bunlardan birincisi medianın hüquqi bazasının təkmil olmasıdır. Yəni media qanunvericiliyi media qurumlarının sərbəst, azad və demokratik mühitdə fəaliyyət göstərməsini şərtləndirməlidir.

İkinci məslə medianın iqtisadi müstəqilliyinin olması və iqtisadi dayaqlarının möhkəmliyidir.

Üçüncü komponent mediada peşəkar heyətin olmasıdır. Bu cür komponentlərin vəhdətdə mövcudluğu sonucda media azadlığını şərtləndirir və media mühitinin dəyərləndirilməsinə imkan verir”.

Müşfiq Ələsgərli üzərində daha çox durulmalı olan məsələnin media qanunvericiliyinin təkmilləşdirilməsi olduğunu qeyd edib:

“Bu gün Azərbaycanda gedən proseslərə diqqət yetirsək, görərik ki, cənab prezidentin imzaladığı “Mediada islahatların dərinləşdirilməsi haqqında” fərmana uyğun olaraq Medianın İnkişafı Agentliyi ölkədə media qanunvericiliyinin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırlması kimi prosesləri aparır. Artıq MEDİA-dan verilən məlumata görə, Azərbaycanda media mühitini tənzimləyəcək yeni qanunvericilik bazası hazırlanır və onun yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılması gözlənilir. Bu da qeyd etdiyimiz 4 komponentin ən mühümüdür.

Vurğuladığımız ikinci komponentə uyğun olaraq mediada peşəkarlığın artırılması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Bu xüsusda MEDİA ilə ADA Universitetinin keçirdiyi müştərək proqramları vurğulaya bilərik. Orada media sahibkarlarından, baş redaktorlardan başlamış sıravi əməkdaşlara qədər peşəkarlığın yüksəldilməsi üçün çoxqütblü və çoxsahəli təlimlər – media təhlükəsizliyi, yeni media idarəçiliyi və bu kimi sahələr üzrə çoxlu tədbirlər həyata keçirilir. MEDİA və ADA Universiteti tərəfindən təlimlərə peşəkar xarici mütəxəssislər cəlb olunur ki, bu da iştirakçıların öz peşələrinə töhvələr verməsini stimullaşdırır”.

Media qurumlarının iqtisadi müstəqilliyinin təmin edilməsi üçün sağlam reklam bazarının formlaşadırlmasının əsas olduğunu qeyd edən Müşfiq Ələsgərli bu yöndə çoxistiqamətli işlərin aparıldığını bildirib:

“Medianın iqtisadi müstəqilliyinin təmin edilməsi ilə bağlı da çoxlu proqramlar həyata keçirilir. Medianın ayrı-ayrı siyasi qurumlardan asılı vəziyyətə düşməməsi üçün dövlət özü müəyyən proqramlar icra edir. Bildiyimiz kimi, hazırda 60-a yaxın KİV qurumuna müxtəlif formada maliyyə dəstəyi göstərilir ki, onlar öz iqtisadi bazalarını qura bilsinlər, iqtisadi müstəqilliklərini təmin etsinlər və öz fəaliyyətlərini peşəkar şəkildə qura bilsinlər.

Əlbəttə, medianın əsas gəliri reklamlardan formalaşmalıdır. Beynəlxalq praktikaya görə qurumun gəlirinin ən azı 75 faizini reklam gəlirləri təşkil etməlidir. Lakin bu gün Azərbaycanda reklam bazarının aşağı səviyyədə olması müəyyən çətinliklər yaradır. Bu istiqamətdə də müəyyən addımlar atılmalıdır və yəqin ki, bu problemin aradan qaldırılması üçü müəyyən işlər görüləcək.

Media sahəsini problemsiz təsəvvür edə bilmərik. Peşəkar və ənənəvi media hazırda dünyanın bütün ölkələrində müəyyən problemlərlə üzləşib. Bu, sosial medianın inkişaf edərək ənənəvi medianın bazarına müdaxilə etməsilə bağlıdır. Pandemiyanın yaratdığı yeni sosial reallıq və bir sıra amillər də var ki, peşəkar media üçün bir təhdidə çevrilib. Təbii ki, bu, Azərbaycandan da xali deyil. Əsas olan odur ki, Azəbaycanda dövlət və dövlət başçısı medianın arxasında durmaq kimi medianın inkişaf etdirilməsi üçün siyasi iradə ortaya qoyur. Bu siyasi iradənin olması media üçün mühüm dayaqlardan və onu mövcud obyektiv və subyektiv təhdidlərdən qorumaq üçün əsas elementlərdən biridir”.

JuHi sədri yeni media anlayışının yayğınlaşması ilə birlikdə söz və ifadə azadlığının yeni mərhələyə qədəm qoyduğunu deyib:

“Bu gün Azəbaycanda internetin sürətli inkişafı göz önündədir, hazırda ölkə əhalisinin 80 faizindən çoxu geniş zolaqlı internet istifadəçisidir. İnternet bu gün alternativ informasiya mənbəyidir və alternativ informasiyaya giriş imkanlarını artıran ən mühüm elementlərdən biri kimi qəbul olunur. Azərbaycanda da əhalinin böyük hissəsinin internetə çıxış imkanlarının olması, sosial mediada sərbəst şəkildə fəaliyyət göstərməsi onu sübut edir ki, ölkədə alternativ informasiya mənbələrinə giriş təmin olunur. Bu da informasiya mühitini müəyyən edən amildir”.

Yeni medianın ifrat azadlığa yol açdığını qeyd edən Müşfiq Ələsgərli bu kimi halların qanunvericiliklə tənzimlənməli olduğunu vurğulayıb:

“Bu gün Azərbaycanda informasiya mühitinin və informasiya azadlığının sıxıntılarının olduğunu yox, əksinə ifrat və qanundankənar azadlıqların olmasını müşahidə edirik. Bu da, öz növbəsində, müəyyən problemlər yaradır. 

Bu yaxınlarda bir neçə KİV qurumunun üzərinə sanksiyalar qoyuldu ki, bu da müxtəlif ölkələrin mənafeyinə xidmət etmələri ilə bağlı idi. Bizdə media məkanı o qədər açıq, şəffaf və elastikdir ki, bunun özü belə təhlükəli hal alır. Belə olan halda, istənilən siyasi qruplar burada özlərinə yer tuta bilirlər. Hesab edirəm ki, bu cür ifrat halların qarşısını almaq, müəyyən nizam-intizam yaratmaq üçün mütləq şəkildə qanunvericiliyin sürətli təkmilləşdirilməsinə ehtiyac var. Güman edirəm ki, MEDİA-nın hazırladığı yeni qanun layihəsi mövcud boşluqların qapadılmasını təmin edəcək”.

Aqil Bəkir

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv