Nazirlər Kabineti 380 nömrəli Qərarına dair izah verib.
Kabinetdən Yenicag.az-a bildirilib ki, mediator olmaq istəyən şəxslərin və mediatorların (bundan sonra – dinləyici) ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim əyani formada aparılır.
Lakin xüsusi karantin rejimi dinləyicilər üçün təlimlərin əyani formada aparılmasını qeyri-mümkün edir və bu sahədə çətinliklər yaranır.
Qeyd edilənləri nəzərə alaraq “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 383 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası” na aşağıdakı redaksiyada 2.14-1-ci bənd əlavə edilmişdir:
“2.14-1. Təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində dinləyicilərin ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlimlərin əyani formada keçirilməsi mümkün olmadıqda, Mediasiya Şurasının qərarı ilə təlimlər distant (məsafədən) formada keçirilir.”.