Medvedev Avropaya belə meydan oxudu: “Bir həftə davam gətirə bilməzlər”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropanın Rusiya qazı olmadan bir həftə davam gətirə bilməyəcəyini iddia edib.

Yenicag.az xbər verir ki, Medvedev Avropa Komissiyasının qaza görə rublla ödənişə icazə verdiyini bildirib:

“Biz avropalı tərəfdaşlarımızın ardıcıllığını və dürüstlüyünü yüksək qiymətləndiririk. Xüsusilə nəzərə alsaq ki, BVF-nin son məlumatlarına görə, Avropa bizim qazsız altı aydan çox qala bilməz. Amma ciddi şəkildə, bir həftə belə davam gətirə bilməz”.