Yaxın vaxtlarda Rusiya hökumətində ciddi kadr dəyişiklikləri gözlənir.
Bu barədə “Qazeta.ru”da analitik Valeriy Volkov müəllif yazısı ilə çıxış edib. Yazar bununla bağlı bəzi arqument və dəlillər gətirib. Onun sözlərinə görə, günü-gündən Rusiya iqtisadiyyatının göstəriciləri o qədər aşağı düşür ki, Putin “texniki kabinet”lə işləməyi özünə rəva bilməyəcək.
Volkov hökumət başçısının bir şərtlə itefasını mümkün saymayıb. Onun sözlərinə görə, Medvedyevin 2018-ci ilə qədər Baş nazir qalması barədə Putin öhdəlik götürüb. Amma Rusiya dövlət başçısının Medvedyevdən yorulduğu su kimi aydındır.
Medvedyevin istefaya göndəriləcəyi təqdirdə isə onu üç nəfərdən biri – keçmiş maliyyə naziri Aleksey Kudrin, Baş nazirin birinci müavini İqor Şuvalov və ya Moskva meri Serqey Sobyaninin əvəzləməsi daha real görünür(axar.az).