Medvedev Kiyevi qisasla hədələdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev general-leytenant İqor Kirillovun ölümünə görə Ukraynanın hərbi-siyasi rəhbərliyini qisasla hədələyib.

Yenicag.az Interfax-a istinadla xəbər verir ki, o bu qisasın misilsiz olacağı ilə bağlı xəbərdarlıq edib.

AFP və “Reuters” öz mənbələrinə istinadla Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində öldürüldüyünü yazıb.