Məhbusları daşıyan avtobus aşdı

Yunanıstanda Korinf-Tripolis şosesində Korinf şəhərindən Tripoli şəhərinin həbsxanasına məhbusları daşıyan avtobus aşıb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 13 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Qəzanın səbəbləri açıqlanmır. Araşdırma aparılır.