!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhbusları sevindirən QƏRAR: "Amnistiyanın olacağı gözlənilən idi"

!Reklam – Yazi

“Bu cür qərarlar dövlətin böyüklüyünün göstərilməsinə xidmət edir”.

Bu sözləri “8 Noyabr” – Zəfər Günü münasibətilə amnistiyanın elan olunmasına münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a deyib.

Partiya sədri qeyd edib ki, məhkumlara ikinci şansın verilməsi alqışalayiq addımdır:

“İstənilən amnistiya aktı, əfv fərmanı cəmiyyətdə və siyasi arenada müsbət qarşılanır. Çünki bu cür qərarlar yüzlərlə ailənin üzünün gülməsinə, dövlətin böyüklüyünün göstərilməsinə xidmət edir. Dövlə hansısa səhvi ucbatından həbsə düşmüş vətəndaşına ikinci şans verir. Ona görə də amnistiya aktının icra olunması təqdirəlayiqdir.

Qeyd edim ki, Amnistiya Aktı 15 mindən çox şəxsi əhatə edəcək. Zəfər Günü ilə bağlı cəmiyyətdə bayram ab-havası olacaq və bu vəziyyət 15 min ailədə ikiqat sevincə səbəb olacaq. Ağ Partiya olaraq təklif etmişdik ki, 3 min şəhidin yaxınlarından üç nəfər olmaqla 9 min nəfərin azadlığa buraxılması ilə bağlı qərar qəbul olunsun. Hakimiyyətin bu formatda 15 min şəxsi azadlığa çıxarması olduqca yaxşı haldır. Bu cür addımın atılması gözlənilən idi. Belə qərarların sıx şəkildə qəbul edilməsinə ehtiyac var”.

Gülşən Şərif

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv