!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mehdinin "zühur"u: "İnsanlar var, qadını zifaf gecəsində aparıb..." - İlahiyyatçıdan SƏRT REAKSİYA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Aqil Babayev adlı şəxs 21 il ərzində insanlar arasında özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edərək onların külli miqdarda pulunu mənimsəyib, bu pullarla özünə lüks həyat tərzi qurub.

Baş vermiş hadisə bir daha insanların dini dünyagörüşünün tam formalaşmadığını, onlar üçün inancla mövhumat arasındakı fərqin aydın olmadığını göstərmiş oldu.

İmam Mehdi düşüncəsinin necə formalaşması və insanların din üzərindən istismar edilməsi ilə bağlı fikrilərini Yenicag.az-la bölüşən ilahiyyatçı Elşən Sultanzadə Mehdi anlayışının islamla əlaqəli olmadığını vurğulayıb:

“Bizim bir pis cəhətimiz var ki, mənbəni bilmədən mənsəbi axtarırıq. Bu, Mehdi anlayışı ortaya çıxandan var. İnsanlar Qurani-Kərimdən uzaqlaşdığı üçün bu kimi şeylər baş verir. Baxın, islam dünyası bir peyvənd hazırlayıb ərsəyə gətirə bilmədi, indi insanlar da düşüb belə şeylərin arxası ilə qaçır. Mehdi anlayışı islami anlayış deyil, islam dünyasına başqa dinlərdən daxil olmuş bir şeydir. Bunun əsas mənbəyi zərdüştilikdir.

Düşünün ki, peyğəmbər deyir ki, mən bacarıqsız peyğəmbərəm, əlimdən heç nə gəlmir, amma məndən sonra “X” bir adam gələcək, insanlara dini daha çox anladacaq. Bu, absurd bir şeydir. Hələ belələri ortaya çox çıxacaq. Sözügedən şəxs 21 il aldadıbsa, yaxşıdır. Elələri var ki, insanları ömrünün axırınadək aldadır”.

İlahiyyatçı insanların Allahın dinindən uzaqlaşdığını və bunun bəzi qüvvələrə sərf etdiyini vurğulayıb:

“Bunun əsas səbəbi odur ki, insanlar Allahın dinindən uzaqlaşıblar. İslamdan yox ha, Allahın dinindən! İslam mücərrəd bir məfhumdur. Allahın dini isə bizə qoyulan qanunlar sistemidir. Din insanı idarə edən sistemin adı deyil. İnsanı kontrolda saxlayan sistem və vasitəyə din deyilir. Din artıq kontroldan çıxıb. İkincisi də, insanlar Qurani-Kərim oxumurlar, düşüblər məzhəb imamlarının dalınca. Mollalara bu sərf edir ki, insanları kontrolda saxlasınlar, kasıblara da sərf edir ki, ay Allah varlıların zülmündən bizi qurtar”.

Elşən Sultanzadə insanları xilas edəcək yeganə şeyin elm olduğunu xüsusilə qeyd edib:

“Hələ bunlar yaxşıdır. Elə yerlər var ki, insanlar zifaf gecəsində qadını aparıb təriqət şeyxlərinə verirlər. Bunlar artıq manqurtlaşmış insanlardır.

Yasin surəsində kiçik bir ayət var. Allah buyurur ki, biz insan övladına dedik ki, şeytanın yolunu getmə, azacaqsan. Mənim peyğəmbərlərimin arxası ilə gedin. İnsanlar da bunu etmədilər, özlərinə vasitəçi axtardılar. Allah da bunların ağlını başından aldı.

İbadət ki elmin qabağına keçdi, bunun axırı belə olur. İslamı xilas edəcək yeganə şey elmdir”.

Aqil Bəkir

www.yenicag.az

1185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv