Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Məhdud da olsa, Azərbaycanın Rusiyaya təzyiq etmək imkanı var" - Zərdüşt Əlizadə

Reklam: High Technic

“Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra Paşinyan hakimiyyətdə qalsa, Zəngəzur məsələsini həll edəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Zəngəzur dəhlizi ətrafında gedən söhbətlər və prezident İlham Əliyevin “Biz Zəngəzur dəhlizini icra edəcəyik” bəyanatına Ermənistanın baş naziri Nikol Paşinyanın əks məzmunlu cavabına münasibət bildirən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə bildirib ki, Azərbaycan ordusunun Zəngəzura girməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu məsələyə müdaxiləsi deməkdir:

“Bu addımı atmaq o deməkdir ki, “Rusiya gəl, gir Azərbaycana”. Düşünmürəm ki, Azərbaycanın siyasi rəhbərliyi Zəngəzura qoşun yeritmək qərarına gəlsin. İlham Əliyevin “Zəngəzurdan Naxçıvana yol açacağıq” deməsinə gəldikdə isə bu, anlaşılan şeydir.

Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında bilavasitə quru yolunun açılması faydalı olsa da, həyati dərəcədə vacib məsələ deyil. İndi Zəngəzur yolu bağlı olsa da, biz Naxçıvana həm quru, həm də hava yolu ilə gedib-gəlirik.

İndiki şəraitdə Zəngəzur məsələsində Azərbaycanın israr etməsi onunla bağlıdır ki, görünür, rəsmi Bakı Moskva ilə dil tapa bilmir. Zəngəzurdan açılacaq dəhliz Rusiyanın özünə də xeyirdir, ancaq bunu etməkdə maraqlı görünmür.

Belə başa düşülür ki, Rusiya Azərbaycandan daha çox nəsə istəyir. Azərbaycan da Rusiyanın bu istədiyini vermir. Düzdür, məhdud da olsa, Azərbaycanın Rusiyaya təzyiq imkanları var.

Bədəbəd ayaqda biz hərbi eskolasiyaya gedib Laçın dəhlizini bağlaya bilərik. Bunu da belə əsaslandırarıq ki, Rusiya, sən öz vədini yerinə yetirmirsən, biz də öz vədimizi.

Zəngəzur yolu açılmır, Türkiyə və Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmır, həmin ölkə yenə qalır yarımblokada vəziyyətində. İqtisadi vəziyyətin ağırlığı bizim özün ölümcül təsirə malik olmasa da, bu, Ermənistan üçün dözülməz vəziyyət yaradır.

Amma bu fikirdəyəm ki, Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra Paşinyan hakimiyyətdə qalsa, Zəngəzur məsələsini həll edəcək. Sadəcə, indi siyasi şəraitə görə Zəngəzur məsələsində “hə” deyə bilmir.

Çünki “hə” desə, müxalifət başlayacaq ki, Paşinyan Ermənistanı Azərbaycana satdı və sair. İnsanlar seçki kampaniyası dövründə o cür ucuz populizmə asanlıqla uyurlar. Azərbaycan Ermənistanın ərazisinə iddia etmir. Əsas odur, onların da bizim torpaqlarda gözü olmasın”.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

189
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100