“Məhəbbət 30 il türmədə “yatan” bir qadındır…” – Xalq artisti YENİ SERİALDA

 

“Xəzər” Televiziyasında 6 mövsüm yayımlanan “Ata ocağı” serialından sonra Xalq artisti, tanınmış aktrisa Həmidə Ömərova yeni mövsümdə tamaşaçıların qarşısına yeni serialla çıxacaq.

Sözügedən serialda Şəfiqə obrazı ilə izləyicilərin sevgisini qazanan aktrisa Oksana Rəsulovanın rəhbərlik etdiyi “OksiMedia” prodakşınında istehsal olunan “Sara” serialında rol alıb. Bu barədə aktrisa Yenicag.az-a açıqlamasında bildirib.

O, fərqli bir obrazda tamaşaçı qarşısına çıxacağını deyib və yeni rolundan danışıb: “Bu, “Sara” filminin ikinci hissəsidir. Bu serialda Məhəbbət obrazında tamaşaçı qarşısına çıxacağam. Məhəbbət 30 il həbsdə yatmış bir qadın obrazıdır. Olduqca maraqlı bir obrazdır. Son sözü izləyicilərin öhdəsinə buraxıram”.

Bir çox bölümləri ekranlaşdırılan serial oktyabrın 11-də ARB televiziyasında nümayiş olunacaq.

Cəvahir