!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhəbbət tanrısının minillik sirri çözüldü - Qədim yazı tapıldı

!Reklam – Yazi

Misirdə göy, məhəbbət və şadlıq tanrısı Hathorun dində əvvəllər məlum olmayan dim yazı tapıb.

Yenicag.az xəbər verir ki, ekspedisiya rəhbəri Voycex Eysmond polşalı elm adamlarının məbəd yaxınlığında yerləşən qayalar üzərində heroqrlif qeydlər aşkar etdiyini bildirib.

Onun sözlərinə görə, bu tapıntı qədimlərin inanclarının öyrənilməsi üçün əvəzsiz bir mənbədir.

Məşhur Misir mütəxəssisi David Veçorkonun tərcüməsinə əsasən, tapıntı üzərində “kömək üçün şəfaət” və ya “minnətdarlıq üçün tanrılara müraciət” yazılıb. Bu yazıların bizim eradan əvvəl 1770 – 1400-cü ilə aid olduğu bildirilir.

Alimlər qeyd edib ki, bəzi yazıları əldə etmək demək olar ki, imkansızdır. Çünki həmin yazıları görmək üçün xüsusi alpinist avadanlıqları lazımdır.

Son illər Eysmondun rəhbərlik etdiyi bir qrup arxeoloq tərəfindən araşdırılmış olan yazılar daş türbə yanında yerləşir. Bu nöqtədə indiyə qədər heç bir arxeoloji tədqiqat aparılmayıb. Ancaq polşalı alimlər məbədin 3,5 min il bundan öncə Hatşepsut hökmranlığı zamanı yaradıldığını müəyyən ediblər.

Misir mifologiyasında Hathor cənnət və məhəbbət tanrısı hesab olunur.

www.yenicag.az

1764
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv