Məhəmməd Əliyə şok: Boksdan uzaqlaşdırıldı

Britaniyalı boksçu Məhəmməd Əli iki illik diskvalifikasiya olunub.

Yeniçag.az xəbər verir ki, o, 2017-ci ilin aprelində götürülmüş dopinq testdə “ilişib”.

Testin nəticələri müsbət olduğundan, 21 yaşlı boksçunun bütün yarışlardan kənarlaşdırılması haqqında qərar çıxarılıb.

Britaniyalı idmançı bu cəzadan sonra 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştiraka hazırlaşacağını açıqlayıb.

COP29