Məhəmməd Əlinin mirası açıqlandı

img2103139Bir neçə gün öncə dünyasını dəyişən məşhur boksçu Məhəmməd Əlinin 80 milyon dollarlıq mirası var.

BAKU.WS-in məlumatına görə, əfsanənin var-dövləti 4 evliliyindən olan 9 uşağı arasında bölünəcək. Əli xəstəxanaya qaldırıldığında boksçunun bütün uşaqları ölkənin fərqli yerlərindən qalxıb atalarına dəstək olmaq üçün yanına qaçıb.

Ailənin sözcüsü bütün uşaqların bir-birlərinə dəstək olduqlarını və ataları üçün dua etdiklərini bildirib. İndi bütün dünya qardaşlar arasındakı bu birliyin cümə günü keçiriləcək cənazə mərasimindən sonra da davam edib etməyəcəyi ilə maraqlanır. Çünki ortada olduqca böyük bir miras var.

Dörd dəfə evlənən Məhəmməd Əlinin yeddi qızı və biri övladlıq olan iki oğlu var. Cümə gecəsi Arizonada dünyasını dəyişən boksçunun cənazəsi doğulub böyüdüyü Kentucki əyalətinin Louisvill şəhərinə gətirilib.

Məhəmməd Əlinin cənazəsi cümə günü torpağa veriləcək. Dünyanın dörd bir yanından minlərlə insanın qatılması gözlənilən cənazə mərasiminin hər kəsə açıq olacağı ifadə edilib.