Əfsanəvi boksçu Məhəmməd Əlinin oğlu Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Florida hava limanında saxlanılıb.
Hadisə fevralın 7-də Məhəmməd Əli (oğul) anası Xəlilə Əli ilə Yamaykadan Floridaya gələrkən baş verib.
Məlumata görə, 44 yaşlı Məhəmməd Əli hava limanında 2 saat saxlanılıb, dindirilmə zamanı ondan iki dəfə dini mənsubiyyəti soruşulub.
Sabiq federal prokuror və ailənin üzvü Kris Mançini bildirib ki, Məhəmməd Əlinin kriminal keçmişi yoxdur, o, ABŞ vətəndaşıdır.
Yeniçağ.az