!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhəmməd Əşrəf Qaninin rəsmi qarşılanma mərasimi olub

!Reklam – Yazi

ef09cdf46b5f990e27cb127ddafb815bƏfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Məhəmməd Əşrəf Qaninin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qanini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Əfqanıstan prezidentinə raport verib. Əfqanıstan və Azərbaycanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və prezident Məhəmməd Əşrəf Qani fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Əfqanıstan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Məhəmməd Əşrəf Qaniyə, Əfqanıstanın nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər rəsmi foto çəkdiriblər.(APA)

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv