Məhəmməd Salah “Liverpul”da qalır – Özü açıqladı

Məhəmməd Salah “Liverpul” u tərk etməyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə futbolçunun özü açıqlama verib.

İngiltərə təmsilçisində qalacağını açıqlayan misirli ulduz möhtəşəm mövsüm keçirdiklərini bildirib: “Çempionlar Liqasının finalında “Real”la oynayacağıq. Bu komandanın bir parçası olduğum üçün çox xoşbəxtəm və bununla qürur duyuram. Növbəti illərdə daha böyük uğurlara imza atacağıq.”

Qeyd edək ki, Salahı “Real”a transfer olunacağına dair xəbərlər yayılıb.

COP29