Məhəmməd Salahın evi qarət olundu

“Liverpul”un və Misir millisinin futbolçusu Məhəmməd Salahın Qahirədəki evi qarət edilib.

Yenicag.az xəbər verir ki, evdən bir neçə elektrik cihazı oğurlanıb. Başqa əşyaların oğurlanıb-oğurlanmadığı bilinmir.

Faktla bağlı araşdırma aparıldığı bildirilir./Qafqazinfo/