Məhəmməd Zakaullah Azərbaycana gəlir

118271_res_01Pakistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, admiral Məhəmməd Zakaullah Azərbaycana səfərə gələcək.

Məlumata əsasən, Pakistan HDQ komandanı Azərbaycana dekabrın əvvəlində və ya ortalarında gələcək. Hazırda onun səfər proqramı müəyyənləşdirilir.

Səfər zamanı M.Zakaullah bir sıra görüşlər keçirəcək və iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivlərini müzakirə edəcək(report).